15:23 - 1.03.2023
1 mart, Fineko/abc.az. Martın 1-i Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.
ABC.AZ xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinini yaydığı məlumatda bildirilir ki, AZAL prezidenti Cahangir Əsgərov giriş nitqində yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə bütün uçuş heyətinə öz minnətdarlığını bildirib.
Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olub.
Onun sözlərinə görə, həmçinin bütün aviatorların yüksək ixtisası və kollektiv əməyi sayəsində Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026