09:40 - 1.03.2023
1 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda artır.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:37-də $0,48 (0,58%) artaraq bir barelə $83,93-a yüksəldi. 28 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $1,41 (1,72%) artaraq bir barel üçün $83,45-a yüksəldi.
Saat 09:37-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,44 (0,57%) artaraq bir barel üçün $77,49-a yüksəldi. Fevralın 28-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,37 (1,81%) artaraq bir barel üçün $77,05-a çatıb.
2023 - cü ilin fevral ayında Brent markalı neft 0,7%, WTI isə 2,3% ucuzlaşıb.