Ən çox ixrac həyata keçirən Azərbaycan şirkətləri - SİYAHI

12:32 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac İcmalı”nın fevral sayı dərc olunub.

ABC.AZ xəbər verir ki, sözügedən sayda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2023-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Almeyvə” MMC, “Rose Servis” MMC, “Best Logistik” MMC, “Baku Steel Company” QSC, “Mors Trading” MMC şirkəti gəlir.

Müəllif: Elmir Murad