09:28 - 28.02.2023
28 fevral, Fineko/abc.az. Çərşənbə axşamı hərracda etalon markalı neftin qiyməti yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri saat 09:25-də $0,17 (0,21%) artaraq bir barel üçün $82,21-a çatıb. Fevralın 27-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üzrə fyuçersləri $0,78 (0,94%) azalaraq bir barel üçün $82,04-a enib.
Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,23 (0,30%) artaraq bir barel üçün $75,91 yüksəldi. Fevralın 27-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçers qiyməti $0,64 (0,84%) azalaraq bir barel üçün $75,68-a düşüb.