16:38 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Çində daha bir ucuz elektrik avtomobilinin istehsalına başlanılıb.
ABC.AZ xəbər verir ki, “Weiao BOMA EV” markalı avtomobil hətta Rusiya istehsalı olan “LADA Granta”dan da ucuzdur.
4 nəfərlik avtomobilin qiyməti 40 min yuandan (5,5 min dollardan) başlayır.
Yeni “Weiao BOMA EV” - şəhərdaxili istifadə üçün kiçik elektromobildir. Onun uzunluğu cəmi 352 santimetr, eni 150 sm, hündürlüyü isə 166 sm-dir. Maşının təkər bazası təqribən 2,5 metr təşkil edir.
Avtomobil qabaq oxda quraşdırılmış 30 kVt, yəni 41 at gücündə mühərriklə hərəkətə gətirilir.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026