11:54 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Bu ilin mart ayında Bakıda keçiriləcək Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ölkələrinin görüşündə tranzit sahəsində milli təcrübələr, "bir pəncərə" sistemlərinin qarşılıqlı əlaqəliliyi, elektron gömrük bəyannaməsi, “Regional Sadələşdirilmiş Tranzit Sistemi”nin yaradılmasına dair məsələlər müzakirə olunacaq.
ABC.AZ xəbər verir ki, bu barədə report-un sorğusunun cavabında Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib.
“Orta Dəhliz üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi məqsədilə dəhliz üzərində yerləşən ölkələr arasında Vahid Tranzit Portalının yaradılması planlaşdırılır. Bu portal dəhliz boyu yükdaşımaların beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə, tranzit prosedurlarının asanlaşdırılmasına və elektron məlumat mübadiləsinin təşkilinə şərait yaradacaq.
Bu məqsədlə cari ilin mart ayında paytaxtımızda Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit gömrük proseduru layihəsi üzrə müzakirələrin aparılması planlaşdırılır", - məlumatda deyilir.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026