Nissan yeni strategiyasını açıqladı - 27 yeni model buraxacaq

10:03 - 27.02.2023


27 fevral, Fineko/abc.az. "Nissan Motor Co" şirkətinin açıqladığı strategiyasına əsasən, 2030-cu ilə qədər 19-u elektrik avtomobili (elektromobil) olmaqla 27 yeni avtomobil modelini, 2024-cü ilə qədər isə xüsusi olaraq Çin bazarı üçün elektrik avtomobil modelini təqdim etmək niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu şirkətin gələcək strategiyası adlı sənəddə deyilir.

Qeyd edilir ki, şirkət "Nissan Ambition 2030"-un uzunmüddətli vizyonunu həyata keçirərək tərzimizi təkmilləşdirmək, bütün imkanları araşdırmaq və elektrikləşdirmə strategiyamızı genişləndirmək üçün təşəbbüslər elan etmək niyyətindədir.

Plana əsasən, 2030-cu il aprelin 1-dən başlayacaq 2030-cu maliyyə ilinə qədər avtomobil istehsalçısı 19-u elektromobil olmaqla 27 yeni modeli təqdim etməyi planlaşdırır. Bundan əlavə, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət eksklüziv olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etməyi planlaşdırır.