14:34 - 23.02.2023
23 fevral, Fineko/abc.az. Azərbaycan ötən il 1 016 423,6 min kubmetr həcmində təbii qaz idxal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.
Məlumata görə, 2021-ci ildə Azərbaycan 510 564,9 min kubmetr həcmində təbii qaz idxal edib.
Qeyd edilir ki, Azərbaycanın ötən il idxal etdiyi qazın dəyəri 130 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi (19 385,42 min dollar) ilə müqayisədə 6,7 dəfə çoxdur.
Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi – 857 066,65 min kubmetr (110 871,38 min dollar) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 265,8 min kubmetr, dəyəri – 17 254,17 min dollar) və İranın (həcmi – 66 091,19 min kubmetr, dəyəri – 2 508,56 min dollar) payına düşüb.