Hindistan Rusiyadan aldığı neftin pulunu ödəyə bilmir

15:16 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. Hətta, Rusiyaya qarşı sanksiyalara baxmayaraq rəsmi Dehli heç vaxt bu plkədən neft almağı dayandırmayıb. Məsələ burasındadır ki, indi isə Hindistanın dövlət neft emalı zavodu "Hindustan Petroleum Corp" Rusiya xam neftinin alışını ödəməkdə problemlərlə üzləşib.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xatırladaq ki, "Böyük Yeddilik" (G7) və Avropa İttifaqının dekabrın 5-də tətbiq etdiyi sanksiyalar, yükün qiymətinin barel üçün 60 dollardan aşağı olduğu hallar istisna olmaqla, blokun üzvlərinə Rusiya neftinin ixracı üçün bank, daşıma və sığorta xidmətləri göstərməyi məhdudlaşdırır.

Oxşar məhdudiyyətlər fevralın 5-dən Rusiya neft məhsullarının ixracına da tətbiq edilib.