Fransa şirkəti Azərbaycanda qaz hasilatı işləri aparacaq

11:31 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Fransanın “TotalEnergies” şirkəti 2023-cü ildə Xəzərin Azərbaycan sektorunda “Abşeron” yatağında qaz hasilatına başlanacağını təsdiqləyib, bu il qeyd olunan layihənin istifadəyə verilməsi hesabına karbohidrogen istehsalını artırmağa ümid edir.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki,  2023-cü ildə “TotalEnergies” üç layihə - Omanda, Braziliyada və Azərbaycanda “Abşeron” hesabına karbohidrogen istehsalını təxminən 2% artacağını gözləyir.

Məlumata görə, “Abşeron” yatağının istehsal gücü gündəlik 40 min barel neft ekvivalenti təşkil edəcək.

2022-ci ilin noyabr ayında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2023-cü ildə Xəzərdə “Abşeron” yatağında qaz hasilatına başlanması planlaşdırılır.