Çin Azərbaycanla birbaşa uçuşları nə vaxt bərpa edəcək?

10:23 - 22.02.2023


22 fevral, Fineko/abc.az. Çin mart ayından Azərbaycanla birbaşa uçuşları bərpa edəcək.

ABC.AZ xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "China Southern Airlines" şirkəti Çinin Quançjou şəhəri ilə Bakı (Urumçi vasitəsilə) arasında gediş-gəlişin mart ayında rəsmi olaraq bərpa olunacağını bildirib.

Martın 13 və 20-də bir reys (CZ8051/2) həyata keçiriləcək və 26 martdan etibarən həftədə iki reysin (CZ6023/4, çərşənbə/bazar) bərpası planlaşdırılır.