15:16 - 21.02.2023
21 fevral, Fineko/abc.az. Bildiyiniz kimi, illərdir mütəmadi Azərbaycanın neft-qaz sektoruna sərmayələr qoyulur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycanın neft-qaz sektoruna 349,7 mln. manat həcmində vəsait yönəldilib.
Bu da illik müqayisədə 6,15% azdır. 2022-ci ilin müvafiq dövründə bu göstərici 372,6 mln. manat səviyyəsində olub.