15:23 - 17.02.2023
17 fevral, Fineko/abc.az. Ukrayna hökuməti sanksiyalara məruz qalan rusiyalı oliqarx Oleq Deripaskanın mülklərini milliləşdirib.
ABC.AZ Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ukraynanın baş prokuroru Andrey Kostinin sözlərinə görə, ümumilikdə 350 mülk milliləşdirilib.
Onların arasında zavod və karxanaların, dəniz limanı kompleksinin, mənzillərin, inzibati binaların, istehsal emalatxanalarının, nəqliyyat vasitələrinin və xüsusi avadanlıqların, habelə pul vəsaitlərinin korporativ hüquqları xüsusi yer tutur.
Məlumata görə, Deripaskanın aktivlərinin ümumi dəyəri 10 milyard qrivnadan (270,7 milyon dollardan çox) çoxdur.
Qeyd edək ki, Oleq Deripaska Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarderdir.
13 Avqust 2026
13 Avqust 2026