09:02 - 17.02.2023
17 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda aşağı düşür.
London İCE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 09:00-da $0,87 (1,02%) azalaraq bir barelə $84,27-a düşüb. 16 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,24 (0,28%), bir barelə $85,14-a qədər ucuzlaşdı.
Saat 09:00-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,87 (1,11%) azalaraq bir barelə $77,62-a düşüb. 16 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,10 (0,13%) azalaraq bir barelə $78,49-a düşdü.