12:19 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki törəməsi olan “SOCAR Energy Switzerland” şirkəti avtomobil yolunun üzərində Bern şəhərinin yaxınlığındakı “Grauholz Süd” yanacaqdoldurma məntəqəsində ilk hidrogen yanacaqdoldurma məntəqəsini inşa edir.
ABC.AZ xəbər verir ki, bu barədə “SOCAR Energy Switzerland” şirkəti məlumat yayıb. Qeyd edilib ki, hidrogen yanacaqdoldurma məntəqəsinin may ayının sonunadək istismara hazır olacağı gözlənilir.
“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmannın sözlərinə görə, SOCAR-ın “Grauholz Süd” hidrogen yanacaqdoldurma məntəqəsi İsveçrə avtomobil yolunda ilk və SOCAR tərəfindən idarə olunacaq ilk belə yanacaqdoldurma məntəqəsi olacaq: “Gələcəkdə “Grauholz Süd” hidrogen yanacaqdoldurma məntəqəsi İsveçrə yol nəqliyyatının hidrogenlə tədarükü üçün təməl daşı təşkil edəcək. Qeyd edək ki, YDM-də SOCAR yalnız "yaşıl hidrogen" satacaq. Artıq bu YDM-in yenidən təchiz edilməsi işlərinə başlanılıb. Hidrogen YDM-inin açılış mərasimi iyun ayına planlaşdırılır.