Azərbaycanda elektrik enerji istehsalı - 8%-ə yaxın artıb

16:39 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında ölkə üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 199,8 mln. kVt·st və ya 7,8 faiz artaraq 2 759,8 mln. kVt·st olub.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 210,1 mln. kVt·st artaraq 2 664,7 mln. kVt·st, SES-lərdə 13,5 mln. kVt·st azalaraq 67,2 mln. kVt·st təşkil edib.

Bu dövrdə digər mənbələr (KES, GES və BMTZ) üzrə elektrik enerjisinin istehsalı 27,96 mln. kVt·st olub.

Ay ərzində külək elektrik stansiyalarında 4,68 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,93 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 19,35 mln. kVt·st elektrik enerjisi istehsal edilib.