Bir ayda Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib

15:21 - 13.02.2023


13 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, ötən ay Azərbaycanda 4,2 milyard kubmetr təbii qaz hasil edilib.

Qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,3 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 162 milyon kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə xaricə qaz satışı 2,2 milyard kubmetr təşkil edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Cari ilin yanvar ayında Avropaya 1 milyard kubmetr, Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrə yaxın qaz nəql olunub.

Müəllif: Elmir Murad