Çinin Azərbaycandakı şirkətinin rəhbəri dəyişdi

17:25 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən Çinin “Petro-HongKong-Pirsaat Oil limited” şirkətinin rəhbəri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Tan Chuning şirkətin baş icraçı direktoru təyin edilib.

Bu vəzifədə o, Xıngyı Tan-ı əvəzləyib.

Xatırladaq ki, “Petro-Hongkong-Pirsaat Oil Limited” MMC 2003-cü ildən Azərbaycanda fəaliyətdədir və 200 min ABŞ dolları nizamnamə kapitalı var.

Şirkət ölkədə neft sektorunda fəaliyyət göstərir həyata və Azərbaycanda neft yataqları bloklarına malikdir.