12:07 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC haqqında iş qaldırıb.
ABC.AZ xəbər verir ki, iş, Dövlət Xidmətinin təşəbbüsü və “AzFiberNet” MMC, “Eurosel” MMC, “SeaBak” MMC, “Smart Sistems Texnoloji” MMC, “Sparktel” MMC, “Data Plus” MMC, "Azerfon" MMC, "UniNet" MMC-nin müraciətləri əsasında qaldırılıb.
"Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən qaldırılmış infrastruktur xidmətləri tariflərinin Dövlət Xidmətinin təşəbbüsü ilə araşdırılmasına başlanılıb. Eyni zamanda, bir sıra özəl internet provayderləri tərəfindən Xidmətə müraciətlər daxil olmuş və həmin müraciətlərdə infrastruktur xidmətləri tariflərində olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyi qeyd edilmişdir. Bu məsələ üzrə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti araşdırılır", – xidmətdən bildirilib.
İşə baxılması davam edir.