10:31 - 31.01.2023
31 yanvar, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.
ABC.AZ xəbər verir ki, bu barədə QSC-nin fesybukdakı rəsmi hesabında məlumat verilir.
“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.
18 Avqust 2026
17 Avqust 2026