12:28 - 25.01.2023
25 yanvar, Fineko/abc.az. "Al Market" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İcraatda işə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində baxılır. İddia hakim Aynurə Sadıqovanın sədrliyi ilə araşdırılacaq.
21 Avqust 2026