15:46 - 13.01.2023
13 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü keçirilən ticarətdə yüksəlməkdədir, həftəni artımla ilə bitirir.
London İCE Futures birjasında Brent neftinin mart fyuçerslərinin dəyəri bir barelə saat 15:30-da $84.81 təşkil edir, bu da əvvəlki sessiyanın yekun qiymətindən $0.78 $(0.93%) yüksəkdir.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 15:30-da $0,80 (1,02%) artaraq bir barel üçün $79,19-a yüksəldi.
Bir həftə ərzində hər iki marka 7-8% arta bilər.