15:55 - 11.01.2023
11 yanvar, Fineko/abc.az. SOCAR şirkəti Rüfət Mahmudu Rusiyada törəmə müəssisə – “Socar Rus” MMC-nin yeni rəhbəri təyin edib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, yanvarın 9-da HŞVDR-yə dəyişikliklər daxil edlib.
Şirkətin əvvəlki rəhbəri Fərid Cabbarov olub. O, 2013-cü ildə təsis olunandan SOCAR-ın Rusiyadakı strukturuna təhbərlik edib.
“Socar Rus” SOCAR-ın 100%-lik “törəmə”sidir. RF-də birbaşa müqavilələr və birja meydançalarında neft, neft məhsulları və neft-kimya məhsullarının ticarətində ixtisaslaşır.