Ötən ay Azərbaycanın qeyri-neft ixracı bu qədər olub

14:55 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “İxrac icmalı”nın yanvar sayında Azərbaycanın ixracı ilə bağlı maraqlı detallar açıqlanıb.

ABC.AZ xəbər verir ki, yanvar-dekabr aylarında aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93%-ni təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb.

2022-ci ilin dekabr ayının qeyri-neft ixracı 303,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.

Müəllif: Elmir Murad