14:42 - 9.01.2023
9 yanvar, Fineko/abc.az. “İxrac icmalı”nın yanvar sayına əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 3 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 10,3% artıb.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4%, çay ixracı isə 35,6% artıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026