17:17 - 6.01.2023
6 yanvar, Fineko/abc.az. Dünyada ərzaq qiymətləri indeksi bir il əvvəlki həddən də aşağı enib.
ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı proqramı – FAO məlumat yayıb.
Təşkilatın məlumatına görə, xüsusilə ət və taxılın qiyməti ucuzlaşıb.
2022-ci ilin dekabrında dünyada ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,9% azalaraq 132,4 pilləyə enib.
Ərzaq qiymətlərini izləyən FAO-nun məlumatına görə, ərzağın qiymətindəki ucuzlaşma artıq 9-cuaydır ki, davam edir.
Nəticədə qiymət indeksi bir il əvvəlki həddən də aşağı düşüb.
Bunula yanaşı, ümumilikdə 2022-ci il üzrə indeksin orta göstəricisi 143,7 olub ki, bu da 2021-ci ilin orta göstəricisindən 14% yüksəkdir.
Dekabrda qiyməti ucuzlaşan ərzaqlar arasında taxılı (-1,9%) və əti (-1,2%) qeyd etmək olar.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026