14:58 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 424,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
ABC.AZ xəbər verir ki, 2022-ci ilin noyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,9 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin noyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tütün, şərab, kərə yağı, qarğıdalı yağı, şəkər, fındıq ləpəsi, qara çay, kosmetik vasitələr, boya və s. məhsullar üstünlük təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 noyabr tarixinə kimi (71 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları təşkil edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026