Qeyri-neft sektoruna aid ən çox malın ixrac edildiyi ölkələr - Siyahı

14:08 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, "İxrac icmalı"nın dekabr sayı dərc edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən sayda 2022-ci ilin noyabr ayının qeyri-neft ixracı 302,1 milyon ABŞ dolları təşkil etdiyi öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 126,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 175,7 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (132,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Türkiyə (48 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü olub.