Neft bahalaşır, Brent bir barelə $84,77 təşkil edib

09:30 - 28.12.2022


28 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü ticarətdə cüzi yüksəlir.

London İCE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 09:25-də $0,09 (0,11%) artaraq bir barelə $84,77-a yüksəldi. Dekabrın 27 - də keçirilən ticarətdə Brent markalı neftin mart ayı üçün fyuçersləri bir barelə $0,18 (0,21%) artaraq $84,68-a çatıb.

Saat 09:25-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti $0,08 (0,10%) artaraq bir barelə $79,61-a yüksəldi. Dekabrın 27-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,03 (2,67%) azalaraq bir barelə $79,53-a düşüb.