16:30 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Medianın İnkişafı Agentliyi “Rəqəmsal statistik məlumatların toplanması və təhlili üzrə proqram təminatının satınalınması” tenderinə yekun vurub.
ABC.AZ xəbər verir ki, qalib şirkət "Cyber Point" MMC olub.
Şirkətlə 94 min 400 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl MİDA-nın 148 min 680 manat məbləğində “İnfrastrukturun Təhlükəsizlik Əməliyyatları Mərkəzinə qoşulması, mütəmadi monitorinq və kiber insidentlərə cavab xidmətləri” tenderi üzrə müqavilə imzalanıb. (29.07.2022).
Xatırladaq ki, “Şimal Servis” Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir. Şirkət distribusiya və lizinq xidmətləri də daxil olmaqla geniş çeşiddə məhsul və xidmət spektri təklif edir.