Azərbaycanda ÜDM neft-qaz sektorunda bu qədər artıb - Hesabat

14:59 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Ümumi daxili məhsul neft-qaz sektorunda cari ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 97,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, artımdan sonra ÜDM neft-qaz sektorunda 59 milyard 817,5 milyon manat olub.

Məlumata görə, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb.