Azərbaycana son 11 ayda 9 min tondan çox süd və qaymaq idxal edilib

14:49 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Bu ilin on bir ayında 9213 ton süd və qaymaq idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən süd və qaymağın dəyəri 16,9 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında dəyəri 12,9 milyon dollar olmaqla 9856 ton süd idxal edilib.