İlon Mask İran üzərində öz peyklərini - İŞƏ SALIR

11:57 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. “Space X”in rəhbəri İlon Mask kosmik şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peykinin olduğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, o hələ 2022-ci ilin payızından İran üzərində bu xidməti aktivləşdirməyi planlaşdırdığını bildirmişdi.

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə İ.Mask bildirib. Agentliyin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur.