Neft bahalaşır, Brent bir barelə $84,58

09:30 - 27.12.2022


27 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda eftin etalon markalarının qiyməti yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:20-də $0,66 (0,79%) artaraq bir barelə $84,58-a çatıb. Dekabrın 23 - də Brent markalı neftin fevral ayı üçün fyuçersləri bir barelə $2,94 (3,63%) artaraq $83,92-a çatıb.

Saat 09:20-də qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI fevral fyuçerslərinin qiyməti $0,64 (0,80%) artaraq bir barelə $80,20-a yüksəldi. Dekabrın 23-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $2,07 (2,67%) artaraq bir barelə $79,56-a çatıb.

Bazar ertəsi Milad bayramına görə neft ticarəti aparılmamışdır.

Ötən həftə Brent markalı neft 6,17%, WTI isə 6,85% bahalaşıb.