Neft bahalaşır, Brent bir barelə $81,62 təşkil edir

09:25 - 23.12.2022


23 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ötən gün düşdükdən sonra cümə günü hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09:10-da $0,64 (0,79%) artaraq bir barelə $81,62-a çatıb. Dekabrın 22 - də keçirilən ticarətdə Brent markalı neftin fevral fyuçersləri $1,22 (1,48%), bir barelə $80,98-a qədər ucuzlaşıb.

Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,80 (1,03%) artaraq bir barelə $78,29-a yüksəldi. Dekabrın 22-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,80 (1,02%) azalaraq bir barelə $77,49-a düşüb.