Qazaxıstan bu məhsulunu Azərbaycan üzərindn ixrac etməyə başlayıb

17:14 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Qazaxıstan Qərb ölkələrinə satdığı uranı Azərbaycan üzərindən ixrac etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Qazaxıstanın “Kazatomprom” şirkəti uranı Transxəzər marşrutu ilə ixrac etməyə başlayıb.

Şirkətin  məlumatında deyilir ki, Qazaxıstanın Milli Atom şirkəti təbii uranı Transxəzər marşrutundan istifadə etməklə Kanadaya ixrac edib.

Bildirilir ki, “Kazatomprom” bu marşrutu hələ 2018-ci ildə seçib, məqsəd Rusiya ilə bağı riskləri qaraqlamaq olub.  Məsələ bundadır ki, indiyədək Qazaxıstan uranı dünya bazarlarına Rusiya üzərindən nəql edilirdi.

Şirkət bildirib ki, Transxəzər marşrutu mövcud olduğu üçün Rusiyaya tətbiq edilən sanksiyalar Qazaxıstandan uran ixracına təsir etməyəcək.

Bildirilir ki, uranın Azərbaycandan və Gürcüstandan keçməklə Poti limanına göndərilib və oradan dəniz yolu ilə Kanadaya çatdırılıb. 

Rusiya marşrutu isə sanksiyalar səbəbindən artıq ixrac üçün yararlı deyil.