14:57 - 22.12.2022
22 dekabr, Fineko/abc.az. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) “Red Wings” aviaşirkətinə Azərbaycana uçuşlar həyata keçirmək üçün icazə verib.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, "Rosaviasiya"nın qərarı ilə "Red Wings" aviaşirkəti Orenburqdan Bakıya həftədə beş dəfə planlaşdırılmış tezliklə reyslər həyata keçirə biləcək.
Eyni zamanda, Agentlik qeyd edir ki, bu icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil.
Bu icazə aviaşirkətin uçuşlar bərpa olunarkən istifadə edə biləcəyi hüququdur.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026