SOCAR prezidenti Türkiyəyə səfər edib -Nələr müzakirə olunub?

12:09 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il dekabrın 20-də Türkiyəyə səfər edib.

ABC.AZ xəbər verir ki, səfər çərçivəsində “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. İclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb, 2023-cü il üçün planlar müəyyənləşdirilib.

Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə Heyətinin iclasında TANAP-ın cari ildəki fəaliyyəti haqqında təqdimatlar edilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.