10:18 - 22.12.2022
22 dekabr, Fineko/abc.az. 2022-ci ilin ilk 11 ayında Azərbaycandan 97 milyon 485 min dollar dəyərində 18 991 ton fındıq ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsiniin verdiyi məlumata istinadən bildirir ki, fındıq ixracı 2021-ci ilin ilk 11 aylı ilə müqayisədə dəyər ifadəsilə cüzi artıb, miqdar ifadəsilə 12% artıb.
2021-ci ilin yanvar-noyabr ayında Azərbaycandan 97 milyon 472 min dollar dəyərində 16 950 ton fındıq ixrac edilmişdi.
Bu ilin ilk 10 ayında xaricə 83 milyon 241 min dəyərində 15 723 ton meşə fındığı satılıb. Belə ki, təkcə noyabr ayında 14 milyon 244 min dollarlıq 2 041 ton fındıq ixrac edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026