16:00 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.
O bildirib ki, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq 2 mlrd. 688 mln. dollar təşkil edib.
19 Avqust 2026
18 Avqust 2026