AQTA sahibkarlara çağırış etdi – Fəaliyyətini belə qurun

14:58 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı sahibkarlara müraciət edib.

Bu barədə ABC.AZ-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, qida məhsullarının istehsal və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq: "Məlum olduğu kimi, yeni qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur".

AQTA qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarı bu qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun qurmağa çağırır.