Azərbaycana elektromobil idxalı artıb

10:33 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 14,3 milyon ABŞ dolları dəyərində yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) idxal edib.

ABC.AZ renkinq-ə istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.