17:19 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarındakı qiymətlər araşdırılıb.
ABC.AZ xəbər verir ki, araşdırmalar zamanı bazarda toyuq 10-15 manat, hind toyuğu 30-35 manat, qaz isə 25-30 manat civarında satılır.
Qiymətlərin baha olmasına görə, bazarlarda alıcılıq qabiliyyəti də xeyli aşağıdır. Ona görə də bazarda alıcıdan daha çox qiymətlərlə maraqlanan insanlara rast gəlinir.
Yerli sakinlər isə bayrama sayılı günlər qaldığı üçün qiymətlərin işbazlar tərəfindən süni şəkildə qaldırıldığını bildirirlər.
Satıcıların isə quş əti və məhsullarındakı bahalaşmanı başqa səbəblərlə izah ediblər. Onların sözlərinə görə, qış aylarında ev quşları az yumurtlayır. Quşların qidalanmasına gəldikdə isə onlar deyib ki, buna daha çox xərc tələb olunur. Bahalaşma da elə bu səbəbdən baş verir.
Qeyd edək ki, şimal rayonlarında ət məhsullarında da bahalaşma müşahidə olunur. Belə ki, dana ətinin kiloqramı 13 manat, quzu ətini isə 15 manata alıcıya təklif olunur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026