15 qəpiklik kənd yumurtası 50 qəpik oldu

17:09 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Azərbaycanın şimal rayonlarında quş əti və yumurta bahalaşıb.

ABC.AZ xəbər verir ki, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarındakı qiymətlər araşdırılıb.

Müşahidələr zamanı məlum olub ki, Yeni il qabağı kənd təsərrüfatı məhsullarının satıldığı bu bazarlarda qiymətlərdə artım var. Bu ticarət mərkəzlərində xüsusən quş əti və məhsullarının bahalaşması daha çox diqqəti çəkib. Belə ki, əvvəllər 15 qəpikə satılan kənd yumurtası indi 50 qəpiyə təklif olunur.