15:37 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Azərbaycanda sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin idxal etdiyi məhsulların gömrük rüsumundan azad edilməsi müddəti uzadılır.
ABC.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin keçirilmiş plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından azad olma müddətinin həmin rezidentin qeyd olunan parklarda qeydiyyata alındığı tarixdən 3 il artırılaraq 10 il müəyyən edilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq 1-ci oxunuşda qəbul edilib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026