12:09 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Azərbaycanın 2015-2033-cü illər ərzində “Şahdəniz” qaz-kondensat yatağından 20,3 mlrd. ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında bildirilib.
Qeyd edilib ki, ”Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir və onun hasilat həcminin 26 mlrd. kubmetrə qədər (illik hasilat) genişləndirilməsi Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək. “2015-2033-cü illər ərzində ölkənin ümumilikdə 20,3 mlrd. dollar əldə edəcəyi gözlənilir”, - hesabatda bildirilir.
Qeyd olunur ki, bu gəlirlər Azərbaycana iqtisadiyyatın diversifikasiyası üçün daha çox maliyyə imkanları verir. Layihə həmçinin Avropa üçün enerji təchizatının yeni mənbəyini təmin edir - onun enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini gücləndirir.