Azərbaycan son 11 ayda ən çox 3 ölkədən məhsul alıb

10:54 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Azərbaycan yanvar-noyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, on bir ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub.

Rusiyadan idxalın dəyəri 2 milyard 405,1 milyon ABŞ dolları, Türkiyədən 2 milyard 48,1 milyon dollar, Çindən isə 1 milyard 871,2 milyon dollardır.