10:45 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 476 milyon 608 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 171 milyon 806 min dollar azdır.
Cari ilin on bir ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 3 milyard 868 milyon 308 min dollar olub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026