09:21 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda neftin etalon markalarının qiyməti qalxır.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09:10-da $0,17 (0,21%) artaraq bir barelə $79,97-a çatıb. Dekabrın 19-da keçirilən ticarərin sonunda Brent markalı neftin fevral fyuçersləri $0,76 (0,96%) artaraq bir barelə $79,80-a çatıb.
Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,24 (0,32%) artaraq bir barelə $75,43-a yüksəldi. Dekabrın 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin dəyəri $0,90 (1,21%) artaraq bir barelə $75,19-a çatıb.