Azərbaycanda metal kirəmitlər bahalaşıb

16:37 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Azərbaycanda metal kirəmitlərin qiymətində artım baş verib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 1kv.m metal kirəmitin qiyməti son bir ildə 1.41 manat və ya 12,6% bahalaşıb.

Nəticədə, qiymətlər 11.15 manatdan 12.56 manatadək yüksəlib.

Son bir ayda isə 0.06 manat və ya 0,5% artım olub. Belə ki, oktyabr ayında qiymətlər 12.50 manat təşkil edib.